Şeir · Azərbaycan
Xatirimə aradabir düşürdün,
Xatirimə aradabir düşürdün, Hər anımda var olmağa başladın. Nə müddətdi yaxın idik,dost idik, Birdən-birə yar olmağa başladın..
Yel döyürdü xəyalımı quraqda, Bəlkə bir gün roman yazdım bu haqda.. Eşq adlanan bir çəlimsiz budaqda, Çiçəkləyib nar olmağa başladın..
Baxdım gördüm duyğularım tellənib, Qaçdım gəldim küçə-küçə yellənib.. Bulud-bulud,yağmur-yağmur sellənib, Gözlərimdən car olmağa başladın..
Qəfil gələn,qəfil gedən kəpənək.. Dalğa dedim hər coşanda ləpənə, Və biir gün də bir at təpdi təpənə.. Buz olmağa,qar olmağa başladın..
Çoxlarının günahını yuyardın... Sağ ol,məni nə bacardın,uyardın.. Ürəyimi pıçıltımdan duyardın, Fəryadıma kar olmağa başladın..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/xatirime-aradabir-dusurdun/