Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Dünən, dedim tərgidim,

Ayaz Arabaçı

Dünən, dedim tərgidim,bu zəhirmar şeiri,canımda can qoymayıb nədi axı xeyiri.beş-üç adam oxuya-ya da heç oxumaya.nəyi qəsd elədiyim bəllidir, deyil və ya..düşündüm hesabladım, üç irəlim, beş gerim,dünyamı dağılacaq,şerə fasilə verim...səsim şeirlə keçir, ünüm şeirlə keçir,belə həyatmı olar, günüm şeirlə keçir.bunu edə biləcək qədər gücüm vardımı.dosta zəng..dostum isə- papirosun yardımı.özüm ölçüb-biçirdim dərzim olmadığıyçün.çaşıb qalmışdım tamam tərzim olmadığıyçün.iki fikir başımda təzad oluşdururdu.əslində heç bilmirdim nə zad oluşdururdu.bu işlə məşğuluydum mən ən başından bəri.altı-yeddi, səkkiz, on,uşaq yaşından bəri.durub düşdüm həyətə,gəzişdim o baş-bu baş.islaq cib dəsmalımı basdım alnıma yaş-yaş.baxdım heç bir şairin xoşbəxt sonluğu yoxdu.vurduğum hədəflərin qızıl onluğu yoxdu.haqqına sahib deyil heç bir söz bu ölkədə.lap kim olursansa ol qalacaqsan kölgədə.çətindi güc toplayıb ayaqda durmaq, çətin,içində yox olursan çirkabın, üfunətin.hissin duyğun düşüncən ruhun təcavüzdədir.yerin-yurdun-yatağın yuxun təcavüzdədir.canın çəkdiyi şeylər hər nə varsa yasaqdıhətta xatirələr də tozdu-kirdi-pasaqdı.qapıldım fikirlərə bir saat dərin-dərinqapatdım işığını odlu qafiyələrin.saxladım baharı da, çiçəyi də, gülü də.təpikləyib dağıtdım ocağı da külü də.bir anda könlümdəki bağça-bağ da yox oldu,gümüş aynalı göllər, uca dağ da yox oldu.yox oldu çox sevdiyim qızılı payız belə..dalınca süründüyüm abzasdan, o qız belə.indi kimə deyəcəm kağıza dediyimi,payıza dediyimi, o qıza dediyimi..yesir idim əlində bu çılğın düşüncənin.birdən hardansa bir səsdedi bəs hanı mənin.nə qədər ki çağlayır könlünün şəlaləsi,qoy o qədər solmasın bənövşəsi laləsi.utandım düzü bir az, bir az yox ,çox utandım.elə demirdim deyib gülüb sözümü dandım.o fikri gəldiyitək geriyə yola saldım,adam kimi oturub rahat bir nəfəs aldım.

Saytda dərc olunub