Şeir · Azərbaycan
İlahi, hökm elə şər yuvasını,
İlahi, hökm elə şər yuvasını, Gəlib bir yenilməz ordu dağıtsın. Min dəfə sınadıq söz işə keçmir, Nöqtəsi zordusa, zordu..dağıtsın..
Bax də gözümüzdən ələnən sisə, Hardandı bu qədər rəğbətin pisə, Babası kiməsə "kor" deyibdisə, O demək deyil ki,kordu,dağıtsın..
Sonuncu həddədək gərildi simlər.. İşıqda kimlərdi,kölgədə kimlər.. Adbaad bilirəm ölkədə kimlər, Rusnan erməniynən curdu,dağıtsın..
Qudurtdu hər zaman ləbbeyk, şahları, Sardı hər tərəfi epey şaxları.. Bir para qudurğan köpəyşaxları, İstəyir bu gözəl yurdu dağıtsın..
Girməyə-çıxmağa özgə qapım yox, Hər qara yamağa iynə-sapım yox, Mənim bir kəs ilə haqq-hesabım yox, Hər kəsi içinin qurdu dağıtsın..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ilahi-hokm-ele-ser-yuvasini/