Şeir · Azərbaycan
Mənim ümidimin şamı sönsə də,
Mənim ümidimin şamı sönsə də,Günəşi götürüb hər il yaz gəlir.Həm könlüm açılır,həm üzüm gülür,Həm də ki,ruhuma ehtizaz gəlir..
İçim arınmadı dərdin hisindən,Tale nə istədim verdi pisindən,Hətta bir papiros közərtisindən,Olur ki,könlümə min ecaz gəlir..
Çox susdum ayılar bal talayanda,Atları it kimi xaltalayanda,Ürəyim sinəmi baltalayanda,Qaçıb köməyimə qara saz gəlir.
Könlüm köklənəndə Kəpəz dağıtək,Duman gözlərimə çökür yağıtək,Kədər at oynadır öz oylağıtək,Sevinc bu yerlərə çox az-az gəlir..
Vətəndə,qürbətin məzarındayam..Mən ayrı şeylərin azarındayam,Elə bil Sədərək bazarındayam,Hərənin ağzından bir avaz gəlir.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/menim-umidimin-sami-sonse-de/