Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 1033–1056

  1. Yenə də biz tərəfdə qanlı döyüşlər gedir..

    Müharibə çoxmu uzun çəkəcək..Olacaqmı qan-qadaya son qoyan..Doyacaqmı qazancından nə vaxtsa,

    Azərbaycanca41 misra

  2. Qulağımda göynəyən o hüznlü səsinlə,

    Ağrın könlümə yatır,dərdin canıma sinir. Şəhər nəğmə oxuyur,hər gecə nəfəsinlə, Buza dönmüş əllərim əllərində isinir.

    Azərbaycanca28 misra

  3. Kimə yazım adam kimi oxusun,

    O kar qalmş qulaqların dərdini. Niyə belə axşam-sabah qan tökür, Bilən varmı bulaqların dərdini..

    Azərbaycanca24 misra

  4. Tərs kimi kefimin olmayan vaxtı,

    Efirdə bir dənə "qad" kəkələyir. Başqası olsaydı yerə girərdi, Amma,bu necə də şad kəkələyir..

    Azərbaycanca20 misra

  5. Havalanıb dəlitək dolaşırdım şəhərdə,

    Heç cür tapa bilmirdim evimizin yolunu.Şirinlik axtarırdım ölüm adlı zəhərdə,Gözlərimə sıxmışdım pencəyimin qolunu..

    Azərbaycanca43 misra

  6. Göynətmə yaramı,

    göynətmə belə, Əlini əlcəyə öyrətmə belə, Üzünü maskaya öyrətmə belə...

    Azərbaycanca4 misra

  7. Qaçırdar dalınca kəpənək kimi,

    Tovladıb aparar toyuna baxma. Bir də görərsən ki, özündə yoxsan, Qurduğu min cürə, oyuna baxma.

    Azərbaycanca42 misra

  8. Bircə cümlə yazıram şərin hökmünə dair,

    Allah heç axırını calamasın xeyirə. O qədər qovdular ki, gülü-bülbülü şair, Xaraba bayquşları doluşdular şeirə.

    Azərbaycanca4 misra

  9. Mənim bir bülbülüm var sinəmdəki qəfəsdə,

    Susar bir neçə dildə,dinər bir neçə dildə. Oturub gecə-gündüz yaşıl bir budaq üstə, Sayıqlayar adını rabitəsiz şəkildə.

    Azərbaycanca24 misra

  10. Bu əsrin ən bivec adamı mənəm,

    Vecinə almayır vec məni,dədə. Fikrim isti-isti heç kimə çatmır, Hamı gec anlayır,gec məni,dədə.

    Azərbaycanca20 misra

  11. Balaca bir yaramın qapanıb sağalması,

    Olur ki, ayla sürür, olur ki,illə çəkir.. Hələ ən kiçiyini deyirəm mən,indi gör, Bir ömrün sonunacan adam nə çillə çəkir..

    Azərbaycanca20 misra

  12. Deyir var eləsi, gedir dərinə,

    Danışır çox yerdə dalınca hədyan. Dedim fikir vermə elələrinə, Atası eşşəkdi,anası madyan!

    Azərbaycanca4 misra

  13. ilahi,min ildi sevdiyim qızın,

    Dilində bir soyuq "yox" çiçəkləyib. Yarama baxanda həkim gördü ki, Sinəmə vurduğu ox çiçəkləyib...

    Azərbaycanca4 misra

  14. Mənim də şəklimi çək,

    Bir az süst, bir az yorğun, Bir az yuxulu ömür. Şamın içindən çıxan son nəfəs kimi titrək,

    Azərbaycanca27 misra

  15. Gəlib bu dağları görəndən sonra,

    Nazlı bulaqları görəndən sonra,Qayıdıb- qayıdıb uşaqlaşırsan.Beynini çürüdən, qəlbini yoran,

    Azərbaycanca43 misra

  16. Mənzilə çatmağa iki atım var,

    Bəlkə o çatdırar, bu çatdırammaz. Etibar elə bir əmanətdi ki, Hər mənəm deyənlər, "hu" çatdırammaz.

    Azərbaycanca20 misra

  17. Bir axşam itilə qanadlarını,

    Heç nədən çəkinmə,mən tərəfə uç. Barı heç olmasa qalan günləri, Sovurub havaya eləməyim puç.

    Azərbaycanca20 misra

  18. İndi də hərdənbir kağızlar gəlir,

    Qabaq yaşadığım köhnə mənzilə.Amma heç birinə cavab yazmıram,Amma,heç birinə, mən bilə-bilə..

    Azərbaycanca53 misra

  19. Çıxır kədərinin zirvələrinə,

    Enir dərdlərinin dibinə adam, Ömründən xərcləyir,canından yeyir, Girir ürəyinin cibinə adam.

    Azərbaycanca20 misra

  20. Gözlərində bahar eşqi qalmayıb,

    Nə göylərlə,nə quşlarla baxırsan. Yuxu kimi ötüb keçən günlərə, Ağır-ağır yoxuşlarla baxırsan..

    Azərbaycanca20 misra

  21. Bir səsə bənzədib,bir ünə yozub,

    Məni unutduğun birinə yozub, Acı günlərini şirinə yozub, Şərbətə batırma,gülaba qoyma..

    Azərbaycanca24 misra

  22. Yayılır gülüşlərin,

    Ürəyimə yağ kimi.Danışırsan içirəm,səsini bulaq kimi.Baxmıram aradakı,

    Azərbaycanca50 misra

  23. Mənim tərəzimdə oynama bala,

    Əlin gətirsə də, daşın gətirməz.Yüz il də oxusan, mən bilənlərin,Üçcə faizini başın gətirməz.

    Azərbaycanca24 misra

  24. Sükutun qabırğaları bir-bir sınır içimdə,

    Hava üfunət qoxur.Dilimə gələn sözlər öz kölgəsindən qorxur.Danışmaq istədikcə

    Azərbaycanca29 misra