Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bu əsrin ən bivec adamı mənəm,

Ayaz Arabaçı

Bu əsrin ən bivec adamı mənəm, Vecinə almayır vec məni,dədə. Fikrim isti-isti heç kimə çatmır, Hamı gec anlayır,gec məni,dədə.

Dönür mey başına bu kuzə,dönür.. Təkərim qəzaya pakizə dönür, Kimə can deyirəm öküzə dönür, Süzür hər görəndə kəc məni dədə..

Sözü hər küləyə əsdirəmmirəm, Baxan da deyir ki,bəs,dirənmirəm.. Hara getdiyimi kəsdirəmmirəm, Salıb qabağına köç məni,dədə.

Salmışam əzəldən yerimi başda, Cücərər istəyim bir qara daşda. Heç kimə can verməm mən bu savaşda, İstəsən ayaqla keç məni dədə..

Danışır yağ haqda şor kapellası.. Düşübdü qabağa kor kapellası Mənlik döy,bu yaltaq xor kapellası, Seç məni hamıdan,seç məni,dədə.

Saytda dərc olunub