Şeir · Azərbaycan
Gəlib bu dağları görəndən sonra,
Gəlib bu dağları görəndən sonra,Nazlı bulaqları görəndən sonra,Qayıdıb- qayıdıb uşaqlaşırsan.Beynini çürüdən, qəlbini yoran,Bir para şeylərdən uzaqlaşırsan.Təzədən tapırsan özünü burda,Atanın-ananın nəfəsi hopan,Köhnə divarlarla qucaqlaşırsan..VəŞəhərə qayıtmaq istəmirsən heç.Unudub gedirsən sənə olunan,Ağrı-acısını min namərdliyin.İçin bir yenilməz fərəhlə dolur,Qayıdır ruhuna qaya sərtliyin.Şəhərdə uzağı lağ obyektidir,Sənin təmizliyin, sənin mərdliyin.Şəhərə qayıtmaq istəmirsən heç.O rəngdən bezəndə,bu rəng oxşayır,Tərlan pişvazlayır, tülək oxşayır,Telini bir həzin külək oxşayır,Quşların nəğməsi ürək oxşayır..Tüstüyə boğulan nəfəsin olmur,Şəhərə qayıtmaq həvəsin olmur.Şəhərə qayıtmaq istəmirsən heç.Dönmək həsrətimin yolu uzundu,Şəhər özü boyda qəmdi, hüzündü,Abırdan-həyadan düşən üzündü,Şəhərə nə var ki, öz kefindədi,Bir gün ümid verir, bir gün üzüntü.Yükləyir, belindən yağırlıq basır,Sinəndən tonnarnan ağırlıq basır.Şəhərdə adamı fağırlıq basır,Şəhərə qayıtmaq istəmirsən heç.Gətirib xəyala gör bir nələriOvutdum sinəmdə nə nalələri,Qoyub gözüyaşlı şəlalələri,Şəhərə qayıtmaq istəmirəm heç..O kimdi hissimdən qızıl don geyir,Bu nə macəradı başıma xeyir,Hər addım nəğmədi, hər qədəm şeir,Hələ ki, üzümə yaxşı baxırlar,Şairə nə var ki, sözdü də deyir-Şəhərə qayıtmaq istəmirsən heç..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gelib-bu-daglari-gorenden-sonra/