Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Kimə yazım adam kimi oxusun,

Ayaz Arabaçı

Kimə yazım adam kimi oxusun, O kar qalmş qulaqların dərdini. Niyə belə axşam-sabah qan tökür, Bilən varmı bulaqların dərdini..

Sürülməsin qancıqlıqlar şərt kimi, Bəzəməyin namərdləri mərd kimi, Çıxartmayın başımıza dərd kimi, Ətəklərin-balaqların dərdini.

Hər ağrıya,hər əzaba dözərəm, İmkan yox ki,nəfəs dərəm,közərəm.. Mən şah olsam bircə günə çözərəm, Yaltaqların-yalaqların dərdini..

Bir yaradı qaşıyırıq qurtarmır, it günündə yaşıyırıq qurtarmır, Yüz illərdi daşıyırıq qurtarmır, Ermənidən calaqların dərdini..

Mən yoruldum dibinəcən qazmaqdan, Kim qurtarsın bu sürünü azmaqdan, Dəftər-qələm qan ağlayır yazmaqdan, Çürük-çürük dalaqların dərdini.

Yetişirmi anaların gül ahı, Yerə düşüb bu torpağın külahi, Mən nə qədər çəkəcəyəm İlahi, İri çaplı salaqların dərdini..

Saytda dərc olunub