Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yenə də biz tərəfdə qanlı döyüşlər gedir..

Ayaz Arabaçı

Yenə də biz tərəfdə qanlı döyüşlər gedir..

Müharibə çoxmu uzun çəkəcək..Olacaqmı qan-qadaya son qoyan..Doyacaqmı qazancından nə vaxtsa,Bu vəhşətdən yüz qazanıb on qoyan.

Nə vaxtacan üstümüzdən raketlər,Acı-acı,qanlı-qanlı səkəcək.Gözümüzdə bir cavabsız sual var,Müharibə çoxmu uzun çəkəcək..

İlanın da yuvasına dəymədik,Duran yerdə,sözümüzə haq-vəkil..Amma indi yoxa çıxır bir evdən-Bir albomdan birdən-birə dörd şəkil..

Əhvalımız təmizlənib zəhərdən,Mən bilmirəm neçə həftə gedir ki..Oğlum baxıb ağlamsınır qəhərdən,Döyüş niyə biz tərəfdə gedir ki..

Bəsdi daha ürəyimiz bulanır,Çıxartmayın özünüzü təmizə.Nəfəsindən alov çıxan o gəmi,Niyə axı yelkən açmır dənizə.

Bircə dəfə silkələnin,düşünün,Yurdlar gedib,ellər gedib tuzaqda.Neynirsiniz o həyatı cənablar,Dalğalardan-tufanlardan uzaqda..

Kişi kimi son döyüşə yollayın,Tankınızın qarasını-bozunu.Qarı düşmən İrəvanda yalasın,Əsgərimin çəkməsinin tozunu.

Tufanları,küləkləri coşdurun,Fırlanmasın başımızda buludlar.Bircə günə bombalayıb qayıtsın.Nə günədi zər paqonlu pilotlar.

Acizikmi-qorxağıqmı əsla yox,Onda niyə barışmışıq süqutnan..Otuz ildi dayanmışıq ayaqda,Şəhidlərə "bir dəqiqə sükut"nan..

Necə yazım,necə deyim bilmirəm-Ay bəradər,ay bratan,ay druq..Doğrudanmı başımızı sallayıb,Bu taleyi yaşamağa məcburuq..

Saytda dərc olunub