Şeir · Azərbaycan
Tərs kimi kefimin olmayan vaxtı,
Tərs kimi kefimin olmayan vaxtı, Efirdə bir dənə "qad" kəkələyir. Başqası olsaydı yerə girərdi, Amma,bu necə də şad kəkələyir..
Bir yanım hədəfdir,bir yanım oxdur.. Mən necə anladım halımı,doxdur, Baxmağa bir ayrı kanal da yoxdur. Çəkirəm əlindən dad,kəkələyir.
Tutub nəfəsimi içindəki his, İrişir hər sözün sonunda pis-pis, Dalı fransızdı,başı ingilis, Elə bil bu dildə yad kəkələyir..
Ölü bir pişikdən vaşaq düzəldir, Belsizə bel qoyur,qurşaq düzəldir Camaat kosmosda uşaq düzəldir, Bu hələ çeynənmiş ad kəkələyir.
Dərdin-iztirabın dadını bilmir, Dostunu tanımır,yadını bilmir, Çıxdığı deşiyin adını bilmir, Durub türk dünyası-zad..kəkələyir.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ters-kimi-kefimin-olmayan-vaxti/