Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mənim də şəklimi çək,

Ayaz Arabaçı

Mənim də şəklimi çək, Bir az süst, bir az yorğun, Bir az yuxulu ömür. Şamın içindən çıxan son nəfəs kimi titrək, Yanıq qoxulu ömür.. * * *

Bir dənizdir, bir də mən, Bir də ki, martılardır.. Yox, bu səssizlik deyil. Qəlbimin divarına damar-damar çəkilib, hopmuş hayqırtılardır..

* * * Məna yetimliyi var, Sözdə, ürəkdə, qanda. Yarpaqların səsini eşitmək istəyirəm.. Yağış damcılarıyla öpüşdükləri anda.

* * * Üzür məni indidən vaxtı çatmamış kədər. Vaxtın damarlarından qan almaq istəyirəm, Səni sevdiyim qədər. * * * Bir albom düzəltmişəm, sənli xəyallarımdan. Ah bu yalançı jestlər.. Sənə güzgümsən dedim, mahiyyətimi göstər..

Saytda dərc olunub