Kəşf etmək üçün 1423 şeir
Şeirlər
Yaddaşınızda qalacaq bir misra tapın.
İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.
1423 şeir: 1393–1416
Döyükür kor adamtək
işıqsız pəncərələr,Bütün şəhər boyunca bu miskin mənzərələr..
Xərabət əhli...
Tale bizə bu dəfə elə zərbə vurub ki, İnanmıram belə tez keçə, xərabət əhli.. Sizə təfsilatıynan danışmağa qorxuram,
Bircə söz deyərəm, sənə,bircə söz,
O sözdən bir ömür dalıb gedərsən. Dünyanın nə qədər ləzzəti varsa, Elə o sözdəncə alıb gedərsən..
Xəttin yaxşı oturmayıb yerinə,
Əlin əsib bir az yana yazıbsan. Bu nə tale, nə ömürdü ilahi, Mənim kimi bir oğlana yazıbsan..
Bir gün urus çalldı,bir gün ingilis,
Bizi yuxulara laylay apardı. Torpağı özümüz yağıya verib, Sonra da dedik ki,haylar apardı..
Necə tikdim-ucaltdım,
Daş bilmir, qala bilmir.. Özümü öldürürəm, Bilmir ey, bala,bilmir..
Mən ömrümü nəğmələrə çevirib,
Bir gün zildə, bir gün bəmdə yaşadım. Vətənimin, millətimin çəkdiyi, Hər ağrıda, hər sitəmdə yaşadım.
Tanrı bizim adımızın önünə,
Azar qoyub, zəhər qoyub, çor qoyub. O zəhər də balı, yağı çıxardıb, Süfrəmizə barıt kimi şor qoyub.
Sənə görə gözlərimi qan örtüb,
Ən dəlidən ən dəliyəm, ən, demək.. İndi mənə bu dünyanın çəkisi, Bir göyərçin dimdiyində dən demək..
Arzusu-istəyi gözündə qalır,
Qırılıb-tökülür qolu-qanadı. O necə çatdırsın əlli qayğıya, Bir ayda aldığı əlli manatı.
Yaş üstə yaş gəlir..
Cəhənnəmə ki.. Böyütmə gözündə sıldırımları. Bəsindi,qəlbində sönməsin təki,
Titrədib həzin-həzin qəlbindəki simləri,
İlk payız küləkləri yada salır kimləri, Cırıb hey varaq-varaq atırsan təqvimləri, Yadında ən gözəl bir gün kimi hansı qalır.
Elə bilməyin ki, hər istək altda,
Oğul məramı var, ər məramı var. Çox çəkməz ayılıb görərsiniz ki, Min-min dərd məramı, sər məramı var..
Ulu babam bu nə yurddu qoyubsan,
Əlli yerdə söyüləsi gorun var.Yoxdu sənin işıq səmtə küləyin,Öyünmə ki, yelkənin var, dorun var.
Kədərli olsa da...
Oturmuşdu fikirli,dəmiryol vağzalında,Sınıq bir skamyada üzü qüruba sarı.Saxlamışdı küləklər hardasa bir dalanda,
Küçələrə duz səpin,
Çox duzsuz şit havadı. Elə bil ki, Sibirdi, Rusa aid havadı.
Nəynən ovunduraq.nəynən aldadaq,
Bu qədər gözləri nalanı görən.Qoyan olacaqmı qara günlərə,Bizi bu dərdlərə salanı görən.
Maskası yaşıl oğlan,
Dilim dolaşır oğlan. Keçmə bizim küçədən, Anam dalaşır, oğlan..
Şirinliyi yoxa çıxır get-gedə,
Ömrün-günün tamı düşür gözümdən. Yaxın gəlmir pərvanəsi, bülbülü, Gülü düşür, şamı düşür gözümdən.
Ürəyim gəmitək ləngərə gəlmir.
Buz tutub elə bil sinəmi,sal buz.. Daha baxışlarım zülməti dəlmir, Sönüb gözlərimdə nə qədər ulduz..
Ən uzaq səfərlərin
yolçuluğuna dözməz, Bu uçaq zarafatdı,bu gəmi zarafatdı.. Boş yerə qapılmayın
Sən hədəfə atırsan,
Hədəf 10-luqla bitmir..10-luqdan ötəsi də,Xoşbəxt sonluqla bitmir..
Mən şerimin çörəyini içimdə,
Halalıqdan yoğururam-yapıram. Bacardıqca qoruyuram adımı, Əyri işdən, əyri sözdən sapıram.
Külək çaldı astaca götürüb kamanını,
Körpə tumurcuqları həzin-həzin oyatdı. Arzular qanadlanıb bir-birinin dalınca, Durna qatarı kimi göy üzünə boy atdı.
Başqa bir başlanğıc
Şeir tapılmadı.
Daha qısa ifadə yazın və ya filtri silin.
Axtarış müvəqqəti əlçatan deyil. Aşağıdakı şeirlərə baxa bilərsiniz.
Bu brauzerdə saxlanılır. Hesaba ehtiyac yoxdur.