Şeir · Azərbaycan
Ulu babam bu nə yurddu qoyubsan,
Ulu babam bu nə yurddu qoyubsan,Əlli yerdə söyüləsi gorun var.Yoxdu sənin işıq səmtə küləyin,Öyünmə ki, yelkənin var, dorun var.
Dur gorunda o baş-bu baş bir hərrən..Üç gündən bir şaxsey-vaxsey, məhərrəm,Oğlun-qızın gün görmədi cəhənnəm,Hələ neçə qaragünlü torun var.
Əldən qopan burda xandı, orda xan,Ləzzət çəkir ana yurda xor baxan,Dan yerinə bəbəyində tor baxan,Şair demiş neçə-neçə korun var.
Xəyal yoxdu gələcəyə dalmağa,Bir kaman tap dərdimizi çalmağa,Nə havan var adam kimi almağa,Nə yeməyə düzəməlli şorun var,
Səbrimizin çoxdu bazı, azalmır,Neyniriksə, tula-tazı azalmır,Başımızdan yad qapazı azalmır,Biləmmirəm yəqin bizdə sorun var.
Burda kimi ocaq görüm, pir görümNə vaxtacan öz gözümdə tir görüm,Xortda, məni hali elə bir görüm,Bizdən başqa ayrı kimə zorun var..
Başım çıxmır həndəsədən, nücumdan,Əkib-tökdün küçələrə qucundan,Tutub gedir ucuzluğa ucundan,Hər deşikdə dəstə-dəstə xorun var.
İtib gedib ortalıqda qanacaq,Baxammadım bu vilada cana cağ..Bir də haçan alovlanıb yanacaq,Söylə harda kül altında qorun var.
Baxdım-baxdım ürəyimə toxundu,Dərdim qəmim gözlərimdən oxundu,Otuz metr xoşbəxtlik ki, yoxundu,Nə olsun ki, uzun-uzun borun var.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ulu-babam-bu-ne-yurddu-qoyubsan/