Şeir · Azərbaycan
Ən uzaq səfərlərin
Ən uzaq səfərlərin yolçuluğuna dözməz, Bu uçaq zarafatdı,bu gəmi zarafatdı.. Boş yerə qapılmayın oturub xəyallara, Bu payızın hüznlü görkəmi zarafatdı.. Başımızı mənasız suallarla yoruruq, Bir adam çıxıb demir,bu gərdiş zarafatdı. Ancaq boşluq haqqında təəssürat yaradır, Hər gəliş zarafatdı,hər gediş zarafatdı. Bizə elə gəlr ki,sonumuza çıxacaq, Bax bu dərd də,sitəm də, zülüm də zarafatdı, Çalışın hər ağrının nəşəsini yaşayın, İztirab da,əzab da,ölüm də zarafatdı. Danışmaqdan az qala dilimiz tük gətirib. Vurulmaq zarafatdı, unutmaq zarafatdı, Tanrı necə düşünür bu haqda özü bilər, Həyata gəlmək özü,bir axmaq zarafatdı.. Qanımıza susayır ümid adlı gənələr, Bu günün ağrıları sabahla zarafatdı, İnamı alt-üst edən neçə nəzəriyyə var, Müharibə-qan-dava silahla zarafatdı.. Heç kimə xeyri yoxdu müqəddəs yazıların, Bu məscid zarafatdı,bu kilsə zarafatdı, Ertələyin bu başdan gələcək planları, Adam bu dünya haqda nə bilsə zarafatdı.. Zarafatdı gördüyün bığıburma kişilər- "bığıburma qadınlar" Zarafatdı bu konfet,bu dondurma qadınlar... Bu gündüz zarafatdı,bu gecə zarafatdı, Çox da ciddi baxmayın adicə zarafatdı..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/en-uzaq-seferlerin/