Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Arzusu-istəyi gözündə qalır,

Ayaz Arabaçı

Bir dəfə bir yas məclisində qoca şəhid atasının imkansızlıqdan ağladığını gördüm...

Arzusu-istəyi gözündə qalır, Qırılıb-tökülür qolu-qanadı. O necə çatdırsın əlli qayğıya, Bir ayda aldığı əlli manatı.

Bu işıq puludu,bu qaz puludu, Bu da su puludu lap adicə su. Qılınclı-qalxanlı tökülür üstə, Qanına susayır məmur ordusu.

Hər kəsin-hamının yadından çıxıb, Hətta bu qocaya Tanrı da yaddır. Can verir əlində xəstəliklərin, Yeganə ümidi əlli manatdır.

Sayılmır,qoyulmur adam yerinə, Atılır hər yerdən bulanıq sutək. Fəryad qoparsa da boğuq səsiylə, Oyurlar gözünü neft quyusutək.

Küsür obasından-elindən küsür, Baş alıb ən uzaq diyara gedir. Cılız bədənindən bezibdi ruhu, O öz evinə də biyara gedir.

Hönkürüb ağlayır biganəlikdən, Həm Yerdən əl üzür,həm Göydən küsür. İtinə yüz manat xərcləyir gündə, Ona bu zilləti yaşadan ünsür..

İçi İraq kimi darmadağındı, Zəmisi göyərmir,çayları axmır. Əlli manat verir böyüklər ona, Nə yeyir,nə içir bu pula,baxmır..

Saytda dərc olunub