Şeir · Azərbaycan
Elə bilməyin ki, hər istək altda,
Elə bilməyin ki, hər istək altda, Oğul məramı var, ər məramı var. Çox çəkməz ayılıb görərsiniz ki, Min-min dərd məramı, sər məramı var..
Sorulmaz hesabı batan qanların, Verdik cilovunu qızıl anların, Bu gün əlimizə oynayanların, Hamsının qəlbndə şər məramı var.
Qabaqda məzardı, dalda beşikdi, Sinəm ağrılara evdi-eşikdi, Kürəyim oxlardan deşik-deşikdi, Çox da dizlərimdə nər məramı var..
Nə varsa yarımçıq-kəm,ələ gəlmir, Dəmə dəm tuturam dəm ələ gəlmir, Ha vurub-çıxıram əmələ gəlmir, Rusun sülhdən başqa hər məramı var..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ele-bilmeyin-ki-her-istek-altda/