All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Elə bilməyin ki, hər istək altda,

Ayaz Arabaçı

Elə bilməyin ki, hər istək altda, Oğul məramı var, ər məramı var. Çox çəkməz ayılıb görərsiniz ki, Min-min dərd məramı, sər məramı var..

Sorulmaz hesabı batan qanların, Verdik cilovunu qızıl anların, Bu gün əlimizə oynayanların, Hamsının qəlbndə şər məramı var.

Qabaqda məzardı, dalda beşikdi, Sinəm ağrılara evdi-eşikdi, Kürəyim oxlardan deşik-deşikdi, Çox da dizlərimdə nər məramı var..

Nə varsa yarımçıq-kəm,ələ gəlmir, Dəmə dəm tuturam dəm ələ gəlmir, Ha vurub-çıxıram əmələ gəlmir, Rusun sülhdən başqa hər məramı var..

Published online