Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 1081–1104

  1. Çoxları qınayır yaşayışımı,

    Bu nə evdi deyir-eşikdi deyir. Əsir dirəkləri külək əsməmiş, Sanki sınıq-salxaq yeşikdi deyir.

    Azərbaycanca28 misra

  2. Bilmirəm nə qədərdi,

    aradakı məsafə, Düzdü, maraqlı deyil, amma, yenə baxaram. Uçub sənə çatmayan hava gəmilərini,

    Azərbaycanca15 misra

  3. O günlərin havası tez-tez başıma vurur,

    Üzümə-üz tutub da versən izin,gələrəm..Bilsəm ki,xatirəndə, hələ nələrsə durur,Dirsək-dirsək gələrəm,dizin-dizin gələrəm.

    Azərbaycanca24 misra

  4. Üşüdür könlümü tez-tez acı fevral soyuğu,

    Mənə qəlbində qalan yaz həvəsindən göndər.O gözəl nəğmələrin zil yeri qoy boş qalsın,Hələ könlündə yerim varsa pəsindən göndər.

    Azərbaycanca18 misra

  5. Uca zirvələrin,

    qayda belədir,Başından min qədər-qəza keçəcək.Bitəcək çəkilən hər acı həsrət,

    Azərbaycanca50 misra

  6. O gözəl gözlərini süz yenə gəl,hərdən gəl,

    Gəl mənim ömrümə,çıx,nurlu şəfəqlərdən,gəl. Bu yanan könlümə dağlardan əsən meh kimi gəl, Oynadım əllərini kəhrəba təsbeh kimi gəl.

    Azərbaycanca18 misra

  7. Oturmuşdum içimdəki nəvada,

    Endirmişdim bayrağımı davada,Birdən-birə bir yağmurlu havada,Durnaların payız köçü başladı..

    Azərbaycanca24 misra

  8. Vətən..

    Dizini qatlayıb dərdini çəkən, Yorulmaq bilməyən bir kəlinəm mən. Hayanda istəsən taparsan məni,

    Azərbaycanca28 misra

  9. Kəcavəsi qara yola düzülmüş,

    Nə din qanır, nə imanı işlədir. Dədəsinin-babasının xeyrinə, Hər sifəti, hər simanı işlədir..

    Azərbaycanca28 misra

  10. Verdiyiniz vədlərə qarnımız toxdu bizim..

    Hər dəfə aldanırıq,ağlımız yoxdu bizim, Lazım deyil,siz Allah, Bizi deyib gəlməyin..

    Azərbaycanca4 misra

  11. Nə bir kin göyərdin ürəyinizdə,

    Nə də ki, Allaha acıq saxlayın.. Gedənlər hamısı qayıdacaqlar, Bütün qapıları açıq saxlayın..

    Azərbaycanca5 misra

  12. İnanma yağ daman şeirlərinə,

    Yapışma ümiddən sən ac-acına.. Dalı kresloda olan şairin, Başı çətin çıxar dar ağacına..

    Azərbaycanca4 misra

  13. Qarşıma uğursuz adamlar çıxıb,

    Yoluma tikanlı budaqlar düşüb. Göz yaşım o qədər şirinləşib ki, Gözümdən ən gözəl bulaqlar düşüb.

    Azərbaycanca24 misra

  14. Nə qədər göynəyəcək,indən belə sən bilən,

    Azadlıq həsrətiylə qəlbimiz Məsimoğlu.. Görürsənmi necə də hər yerdən yoxa çıxır, Günbəgün aydınlığa gedən iz,Məsimoğlu..

    Azərbaycanca28 misra

  15. Ha gedər, yetişməz mənzil başına,

    Adam bu yollarda azar, görürəm. Neçə külüng vuran haqq adamını, Tamamən canından bezar görürəm.

    Azərbaycanca20 misra

  16. Tanrım bir yol gün doğmadı bacandan,

    İllər boyu bezar oldum ha.. candan.. Gözlərimi şu dünyaya açandan, Çomaq idi,qoyun idi,mən idim..

    Azərbaycanca28 misra

  17. Zəng vurmaq yadımdan çıxdı, yenə də,

    Deyim gələmmirəm, gələ bilmirəm..İşlərim o qədər baş-ayaqdı ki,Gələ bilməyimi hələ, bilmirəm..

    Azərbaycanca39 misra

  18. Pəncərəniz yuxuluydu o gecə,

    İstədim ki, bir daş atıb oyadam. Amma qəfil bir səs gəldi gecədən, Burda bu vaxt nə gəzirsən ay, adam..

    Azərbaycanca32 misra

  19. Haqdan-ədalətdən danışır biri,

    Bir özünə baxır,bir ona trol.. Yanında balası yağış gölündən, Əyilib su içr bir ana trol))

    Azərbaycanca4 misra

  20. Biz belə azadlıq istəməmişdik..

    Yiyəsiz qayıq tək qalıb ortada,Sınıbdı vətənin can avarları.Bu gün ermənidən betər talayır,

    Azərbaycanca51 misra

  21. Camaat arzuya raketnən çatır,

    Tısbağa belində çatıyoruz biz. Seçməknən aramız pək iyi deyl, Ağını-bozuna qatıyoruz biz.

    Azərbaycanca20 misra

  22. Mollaya seyidə,imama,pirə,

    Şamana yüklənək görək nə olur.Allah səsimizi ahda eşitmir,Amana yüklənək görək nə olur.

    Azərbaycanca20 misra

  23. Nə vardısa unutdum..

    Unutdum ilk görüşdən doğum gününə qədər,Demək beləymiş qəzaDemək beləymiş qədər..

    Azərbaycanca46 misra

  24. Adamlar heç,

    çiçəklər dilimi bilsəydilər,Hamısı sevə-sevə başıma and içərdi.Sinəmdə yer verərdim bütün kimsəsizlərə,

    Azərbaycanca21 misra