Şeir · Azərbaycan
Camaat arzuya raketnən çatır,
Camaat arzuya raketnən çatır, Tısbağa belində çatıyoruz biz. Seçməknən aramız pək iyi deyl, Ağını-bozuna qatıyoruz biz.
Bir ovuc ümidə,işığa,acam.. Necə dolubdusa boşalar o cam, Səbirli-dözümlü deyilik xocam, Bir-bir içimizə atıyoruz biz..
Hələ bu dərmanın çox azarı var.. Göylərə dirənən ahı-zarı var Burda hər dalanda qəm bazarı var, Hər gün alıyoruz-satıyoruz biz.
Gəlib it ağzında dayanıbdı an.. Niyə köç salıbsan o qürbətdə lan.. Sükanı yadların əlində olan, Doğma bir gəmidə batıyoruz biz..
Gözlə ,ağ qəfəsdən o qu getməsin, Nəşə tükənməsin duyğu getməsin, Nədən gözümüzə uyqu getməsin ?.. "Vicdan yastığı"nda yatıyoruz biz..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/camaat-arzuya-raketnen-catir/