Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mollaya seyidə,imama,pirə,

Ayaz Arabaçı

Mollaya seyidə,imama,pirə,Şamana yüklənək görək nə olur.Allah səsimizi ahda eşitmir,Amana yüklənək görək nə olur.

Silin yaddaşımdan bu ritmləri..Sırındı yadların eyitimləri..Ayrı nə ovudar biz yetimləri,Kamana yüklənək görək nə olur..

Güc-bəla onillik sinif qurtardıq,Hamının yerinə dinib qurtardıq,Yaxşı adamları minib qurtardıq,Yamana yüklənək görək nə olur.

Bu şər tonqalına neyləsin Xuda,Bütün yaralartək keçmədi bu da..Boğulub gedirik bir qaşıq suda,Samana yüklənək görək nə olur..

Nəydi biləmmədik suçumuz bizim,Yeyir içimizi-içimiz bizim..Heç cürə birləşmir gücümüz bizim..Zamana yüklənək görək nə olur.

Saytda dərc olunub