Şeir · Azərbaycan
Üşüdür könlümü tez-tez acı fevral soyuğu,
Üşüdür könlümü tez-tez acı fevral soyuğu,Mənə qəlbində qalan yaz həvəsindən göndər.
O gözəl nəğmələrin zil yeri qoy boş qalsın,Hələ könlündə yerim varsa pəsindən göndər.
Qəlbimin atəşini söndürə bilmir heç nə,Ağla,göz yaşlarının hər ləpəsindən göndər.
Ölürəm tellərinin hər birinin ətri üçün,Ayırıb bircə dənə qönçə,dəsindən göndər.
Mənim ovcumda iki yavru göyərçin yeri var,O gözəl əllərini aç qəfəsindən göndər.
Mən sənin gül dodağından cəmi bir yol öpdüm,Doymadım,çək kağıza,yüz dəfəsindən göndər..
Acını-ağrını yığ,yaz mənə bir məktubtək,Qəhr olan arzuların fəlsəfəsindən göndər.
Bəlkə öldüm bu gecə dur yola sal xəzriynən,Ölməmişdən qabaq öz gül nəfəsindən göndər.
Bu zəhərtək gecəni bircə qırıq ballandır,Mənə zəng eylə,nolur,azca səsindən göndər..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/usudur-konlumu-tez-tez-aci-fevral-soyugu/