Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 1105–1128

  1. Dalınca yağışı-tufanı yoxdur,

    Mənimki tək bircə əsimdir dedim.. Könül sarayını yıxıb-dağıtmaz, Bu sən arzulayan nəsimdir dedim..

    Azərbaycanca24 misra

  2. Qara qışa dil verir..

    Bizə təzə il verir.. Taxt -tacı təhvil verir.. Aylara şah dekabr..

    Azərbaycanca20 misra

  3. Tanrım, dağıt bu dumanı,

    Çəndə olmaqdan yoruldum. Mən bu zəif, mən bu xəstə, Təndə olmaqdan yoruldum..

    Azərbaycanca20 misra

  4. Biri pulu sərvəti,

    Biri qeyrəti seçdi. Bütün dozanqurdular, Şərə xidməti seçdi..

    Azərbaycanca4 misra

  5. Dağılıb otağıma,baxışların bir kitab..

    Hər vərəqi bir ayrı alov şölələndirir..Elə gözəlləşib ki,ürəyim xanəxarab,Ancaq bahar,

    Azərbaycanca22 misra

  6. Bir az rəngi solmuş,

    yaşıla çalan, Köhnə yun şalına bürünüb gedir. Yorğun ayaqları düşüb yanına,

    Azərbaycanca41 misra

  7. Həyat halal haqqımın mində birini vermir,

    Özüm istəyəndə də vay- şüvənlik eləyir. Sonra da qəlbimdəki arzuların gözünə, Tozdan kirşan düzəldir,küldən ənlik eləyir..

    Azərbaycanca24 misra

  8. Iqbalımız güclə yürür,

    Gələn hürür, gedən hürür, İçimizdə hökm sürür, Qarlı hava şəraiti...

    Azərbaycanca4 misra

  9. ən gözəl bir duyğumun yapışıb yaxasından,

    ürəyimdə bir ağrı yerini rahatladı.sənin bəlalı eşqin durub qış yuxusundan,gəlib mənim başımda qəfil bir gün çatladı..

    Azərbaycanca24 misra

  10. Mən bu il də ad günümü bezdiyim,

    Ömür adlı xarabada keçirdim. Bir mənzildə təkərləri boşalmış, Sınıq-salxaq arabada keçirdim..

    Azərbaycanca36 misra

  11. Üzümə bir-iki damcı

    Payız yağışı çiləndi. Xatirələr küçə-küçə, Bütün şəhəri diləndi..

    Azərbaycanca24 misra

  12. Elə dolub ki içim, nifrət ilə, kin ilə,

    Elə bil ki adam yox, elə bil ki, iblisəm. Çətin ki yaxşı olam, bundan sonra min ilə. Çox pisəm e, çox pisəm, çox pisəm e, çox pisəm..

    Azərbaycanca4 misra

  13. Qaçmışıq hər zaman zülmətə tərəf,

    Nə qədər işıqlı iz öldürmüşük. Allahın heç nədə günahı yoxdur, Bütün ölənləri biz öldürmüşük..

    Azərbaycanca4 misra

  14. Ağlımı aparıb gedəndə xəyal,

    Əhvalım bir müddət qarmaşıq qalır. Çəpər setkasında Məcnuna dönmüş, Bir ovuc qurumuş sarmaşıq qalır.

    Azərbaycanca20 misra

  15. Min ulduzlu səmalarda çaşmadım,

    Birulduzlu asimanda ilişdim.. Baxışları iliyimə işlədi, Nə oldusa, bircə anda ilişdim.

    Azərbaycanca24 misra

  16. Həyat döyüş meydanı,

    Ən ölümcül rinq kimi. Ölənəcən döyüşmək, Martin Lüter Kinq kimi..

    Azərbaycanca4 misra

  17. Bir də ayıldıq ki…

    İllərdi ayrılıb öz ruhumuzdanMin ağac uzağa atılan daşıq.Bizi bu menyuya salanlar ölsün,

    Azərbaycanca42 misra

  18. Heybəmi götürüb şəhərə gəldim,

    Ağca buludları əməndə günəş. Dalımca atını mahmızlayırdı, Minmişdi bir yorğun səməndə, günəş.

    Azərbaycanca20 misra

  19. Uzanmışdım alaçıqda

    qatıq doğramacımı yeyib. Külək çöldə bez kimi cırırdı gecəni. Çadırımıza çırpırdı əlinə keçəni.

    Azərbaycanca24 misra

  20. Bu aralar heç kim məndən inciməsin,

    Öz içimdə öz qınımı kəsir tiyəm. Lap istəyir milyon kərə asın-kəsin, Fikirliyəm, narahatam, əsəbiyəm.

    Azərbaycanca26 misra

  21. Hardasa yaddan çıxıb 5-6 şəkln qalıb..

    Bu 5-6 şəklə də qəzəb qalıb,kin qalıb.Adınla bağlı nə var,sökürlər,dağıdırlar..Elə bil ki,ən mənfur-qaniçən yağıdırllar..

    Azərbaycanca10 misra

  22. Uşağıydım, sanırdım ki, doğmalar,

    Böyüyəndə solum-sağım olacaq.Bilmirdim ki, susayacaq qanıma,Çoxu dönüb yadım-yağım olacaq..

    Azərbaycanca20 misra

  23. Onsuz da pul yoxdu başqa şeylərə,

    Bol olsun ot-alaq,tərə,deyirəm.Yetim quzu kimi öyrəşib daha,Üzümüz bu dərdə-sərə,deyirəm..

    Azərbaycanca36 misra

  24. Yarpağına, çiçəyinə,

    Quşuna, fırlanır dünya. Baharına, payızına, Qışına, fırlanır dünya.

    Azərbaycanca20 misra