Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

ən gözəl bir duyğumun yapışıb yaxasından,

Ayaz Arabaçı

ən gözəl bir duyğumun yapışıb yaxasından,ürəyimdə bir ağrı yerini rahatladı.sənin bəlalı eşqin durub qış yuxusundan,gəlib mənim başımda qəfil bir gün çatladı..

qurudu göz yaşlarım nəfəsində şeh kmi,açdı könül qapımı balacaboy əllərin..ötdü neçə nəğmədə yüngül,sərin meh kmi,sənin kaman əllərin,sənin qaboy əllərin.

qaldırdım rübəndini xəlvəti məxsusluğun..dedim nə olsun adı,dedin zərərli adət.dadını onda bildim ilk dəfə məhbusluğun,gülümsədi üzümə atüstü bir səadət.

o qədər uca idi yaşadığın ağ bina,qışqırdım lap yavaşdan,gözləyirəm geyin,düş.ömrümü alt-üst edən bir mərmiydi,bir mina,iliyimə işləyən hər nəvaziş,hər öpüş..

sənə necə deyim ki,yadımdadı hələ bax,ömrü uzun arzular,ömrü qısa savaşlar..pərdələri çəkilmiş yarıqaranlıq otaq,səyriyən kəpənəklər,zümrüd nəğməli yaşlar.

bir dəfə zəng elədin niyəsə əsə-əsə.üşüdüm o havadan gəlmədin, görüşmədim.araya kimsə girdi ya sən nə bilm..nəsə..elə tez oldu keçdi heç nə başa düşmədim..

Saytda dərc olunub