Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Heybəmi götürüb şəhərə gəldim,

Ayaz Arabaçı

Heybəmi götürüb şəhərə gəldim, Ağca buludları əməndə günəş. Dalımca atını mahmızlayırdı, Minmişdi bir yorğun səməndə, günəş.

Gəldi Ağ bulağın yalında itdi, Bir qara sevdanın xalında itdi, Qos-qoca dağların dalında itdi, Qaldı al örpəkli çəməndə günəş..

Yaşıl şərqilərim soldu biçində, Bir qara zülmətin qaldım içində, Gedib axtarmadım Çində-Maçində, Gedib aramadım Yəməndə,günəş..

Ömür yüyənlənir, can yəhərlənir.. Gec, ya tez bu eşqdi, qan "zəhər"lənir.. Bir də ayıldım ki, başım hərlənir, Yıxılıb gedirəm və məndə..Günəş..

Bir bilsən nə təhər coşmuşdu qanım, Qızıl şəfəqlərdən yanırdı canım, Sənin gözlərində düşmüşdü xanım, Qovzayıb atdığım kəməndə, günəş...

Saytda dərc olunub