Şeir · Azərbaycan
Hardasa yaddan çıxıb 5-6 şəkln qalıb..
Hardasa yaddan çıxıb 5-6 şəkln qalıb..Bu 5-6 şəklə də qəzəb qalıb,kin qalıb.Adınla bağlı nə var,sökürlər,dağıdırlar..Elə bil ki,ən mənfur-qaniçən yağıdırllar..Səni tamam özgəyə,tamam yada çıxırlar,Ucaltdığın bayrağı özgə ada çıxırlar.Saxta hay-küy tarixə müvəqqəti pərdədir.Sənin böyük hünərin-adın ürəklərdədir.Bu şirin istiqlala həm çiçəksən,həm arı..Ey əqidə zərgəri,mənəviyyat memarı...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hardasa-yaddan-cixib-5-6-sekln-qalib/