Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

hardasan..

Ayaz Arabaçı

hardasan..dəniz sahilindəyəm..-dəniz sahilindəmi?eşitmirsənmiqağayıların səs-küyünü.-darıxırsanmı,gəlimmi,açılıbmı qaşlarının düyünü.gəlmə,heç olmasa bir qarabulud əskik olsun.sən bilirsən..yosunun biri yosun..gəlmirəm,başa düşdüm.yanında kimsə varmı..var əlbəttə siqarı qurtarmış boş qutular..avaralar,səfillər,nə bilim e..çoxdular,"qu" desən qulaq tutular.qəribə səslər gəlir,telefonda duyuram..doğrudu..lap uzaqda inildəyir gəmilər.bir dəqarmaq sallayıb nazənin xanımlarınyerişinə əmilər..-ağlamaq istəyirəm...-yəqin soyuqlamısan!!!eybi yoxdu davam et..bu heyfi səndə qoysam..gələrəm danışarıq,lazım deyil...get,ey,get..

Saytda dərc olunub