Şeir · Azərbaycan
Qara qışa dil verir..
Qara qışa dil verir.. Bizə təzə il verir.. Taxt -tacı təhvil verir.. Aylara şah dekabr..
Kasıblıq durub üzə, Kor olduq tüstümüzə, Çəkibdi üstümüzə, Soyuq silah,dekabr.
Sığınmağa dalda yox.. Soba,odun,balta,yox.. Gödəkçə yox,palto yox, Dekabr,ah dekabr..
Tufan gəlir dənizdən, Kim çıxar yaza bizdən, Tutub xirtdəyimizdən.. Bu gün-sabah dekabr..
Tez dolub,tez daşıram, Hara gəldi aşıram, İlk günləri çaşıram, Gah yanvar,gah dekabr..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qara-qisa-dil-verir/