All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qara qışa dil verir..

Ayaz Arabaçı

Qara qışa dil verir.. Bizə təzə il verir.. Taxt -tacı təhvil verir.. Aylara şah dekabr..

Kasıblıq durub üzə, Kor olduq tüstümüzə, Çəkibdi üstümüzə, Soyuq silah,dekabr.

Sığınmağa dalda yox.. Soba,odun,balta,yox.. Gödəkçə yox,palto yox, Dekabr,ah dekabr..

Tufan gəlir dənizdən, Kim çıxar yaza bizdən, Tutub xirtdəyimizdən.. Bu gün-sabah dekabr..

Tez dolub,tez daşıram, Hara gəldi aşıram, İlk günləri çaşıram, Gah yanvar,gah dekabr..

Published online