All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qara-qura fikirləri,

Ayaz Arabaçı

Qara-qura fikirləri, Biryolluq atmaq lazımdı. Almaqnan ürək soyumur, Bir az da satmaq lazımdı.

Səma haqdı,ulduz haqdı, Bu un,bu su,bu duz haqdı, Nə olsun ki,yol uzaqdı, Mənzilə çatmaq lazımdı.

Dəmirçoğlu,Dəli Həsən, Nə fərqi var,ya mən,ya sən.. İşdi də çıxıb gedirsən. Başdı də,qatmaq lazımdı.

Ürəkmi,ağılmı yeydi ? Şeirdi,qadındı,meydi.. Gecə bayquşluq pis şeydi.. Vaxtıda yatmaq lazımdı..

Umduğum çiçək dərilib, Yoluna pullar sərilib, Hərdən yay kimi gərilib, Ox kimi batmaq lazımdı.

Həyatın hər üzü bəddi, Əymə hər düdüyə,qəddi! Cənnət-zad fəna "sööbət"di, Hər şeydən dadmaq lazımdı..

Published online