Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

O günlərin havası tez-tez başıma vurur,

Ayaz Arabaçı

O günlərin havası tez-tez başıma vurur,Üzümə-üz tutub da versən izin,gələrəm..Bilsəm ki,xatirəndə, hələ nələrsə durur,Dirsək-dirsək gələrəm,dizin-dizin gələrəm.

Taparam ləpirini dağdan-düzdən,dərədən,Taparam yorulmadan mahir bir izçi kimi..Xatirə yelkənimi baxdığın pəncərədən,Açaram küləklərə cəsur dənizçi kimi..

Kəsir qoyma bir an da ürəyini mehirdən,Heç gəlməsin ağlına iblisləri oyatmaq..Tamam ayılmamışam mən hələ o sehirdən,Yenə də istəyirəm o hissləri oyatmaq..

Yaman uzandı bu dərd,yaman uzandı bu qəm,Mənə ayaqlarının son nəfəsləri gəlir..Gecələr səhərəcən yuxumda yol görürəm,Qulağıma eləcə addım səsləri gəlir..

Sən ay deyib keçərsən,bilməzsən ki,hələ də,Gecəmi aydınladan gözlərinin şamıdır.Getsən belə yenə də ən çətin məsələdə,Adın dodaqlarımın təbəssüm bayramıdır..

Aludə olmasam da özün bilirsən meyə,Məcburam ki,arada boğazımı yaşlayım.Sənsizliyin acısı sanballı çıxsın deyə,Gərək bir az söhbətə uzaqlardan başlayım..

Saytda dərc olunub