Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Uca zirvələrin,

Ayaz Arabaçı

Uca zirvələrin,qayda belədir,Başından min qədər-qəza keçəcək.Bitəcək çəkilən hər acı həsrət,Ağrı qurtaracaq, cəza keçəcək.Bu il ömrümüzdə qış olmayacaq,Fəsillər payızdan yaza keçəcək.Şuşadan qələbə xəbəri gəlib..

Alov yaddaşını təzələmişik,Ocaq yerindəki soyumuş külün..Şaxtalar, sazaqlar vecinə deyil,Çiçəyi çırtlayıb xarı-bülbülün..Doyunca sarılın bir-birinizə,Bir qucaq ağlayın,bir qucaq gülün.Şuşadan qələbə xəbəri gəlib..

Ay anam, ay bacım, don kimi durma,Əlinə nə keçir o süfrəyə düz.A, bala, əlini pişikmi yeyib,Bir az əlli tərpən, "əlli-əlli" süz..Dərmanı, həkimi, resepti boş ver,Ay avad, az mənim ürəyimi üz..Şuşadan qələbə xəbəri gəlib.

Gör necə qayıtdı qadir ayaqlar,Çoxdan unudulmuş cığıra, izə.Dumanlı, çiskinli payız havası,Yağ kimi yayılıb ürəyimizə.Bax indi rahatdı şəhid ruhları,Bax indi halaldı yaşamaq, bizə.Şuşadan qələbə xəbəri gəlib..

Silsilə romanlar yazılacaqdır,Sabah bu qüvvətdən, sabah bu zordan..Milli Ordumuzun qadasın alım,Hardan lazımdısa vurub düz ordan..Hamı komandandan xəbər gözləyir,Millət aralanmır televizordan.Şuşadan qələbə xəbəri gəlib..

Başımın tükləri ayaq üstədi,Gah huşum azalır, gah ağlım çaşır..Atıram özümü selin ağzına,Küçələr adamnan qaynayır daşır..Mən necə çatdırım sevinc hissimi.?Ürəyim sinəmdə dombalaq aşır.Şuşadan qələbə xəbəri gəlib..

Cəbhədə üç igid oğul itirən,Ananın gözündə qan-yaş oynayır..Hərə bir tərəfdə havalanıbdır,Ev-eşik oynayır, dam-daş oynayır..Mən bu sərxoşluğa ad tapammıram,İçimdə bir dənə əyyaş oynayır..Şuşadan qələbə xəbəri gəlib..

Saytda dərc olunub