Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Ucaldıqca həyat basdı başımdan,

Ayaz Arabaçı

Ucaldıqca həyat basdı başımdan,Dedi dur bu dərdə qol aç, oynadım.Bu həyatdı çıxmaq olmur sözündən,Ağzım nəydi, qulac-qulac oynadım..

Könlüm daha yatmaz heç bir tumara,Məni Bir də gözlərini yum, ara..Elə çəkdi, elə saldı qumara,Gördüm yoxdu başqa əlac, oynadım..

Qulaq verdim hər zəvzəyə, "baltun" a,Amma ömrüm heç dönmədi altuna,Ürəyimi manqal tutdum altına,Yana-yana əlimdə sac oynadım..

Tale məni zəlil qoydu hər işdə,Yerə girsin mən qazanan səriştə,Heç özümə kəsəmmədim əriştə,Kimə gəldi ovdum umac, oynadım.

Çırpıb getdin, bir səadət qapındım..Səndən sonra çox şeylərdən sapındım,Gah kilsədə Məhəmmədə tapındımGah məsciddə sinəmdə xaç oynadım.

Biri gəldi, biri getdi virusun,Əsli-zatı, soyu-kökü qurusun,Barmağıyla ingilisin, urusun,Bu meydanda ac-yalavac oynadım.

Cəza çəkdim hər yazdığım söz üstə,Heç demədim, bir əmrinə göz üstə,Mən bu ömrü yalınayaq köz üstə,Oynadım ey taxtı tarac, oynadım.

Bir misramda, bir sözümdə səymədim,Bəzən haqqım olana da dəymədim,Bir alçağa, bir əclafa əymədim,Mən həmişə başımda tac oynadım.

Qılınc-qalxan, yaydı-oxdu, götürdüm,Obyekt vardı "həsənsoxdu", götürdüm,Gördüm başqa bir iş yoxdu, götürdüm,Əzrayılnan çilingağac oynadım..

Saytda dərc olunub