Şeir · Azərbaycan
Bilmirəm nə qədərdi,
Bilmirəm nə qədərdi, aradakı məsafə, Düzdü, maraqlı deyil, amma, yenə baxaram. Uçub sənə çatmayan hava gəmilərini, Başı üstə çaxaram.
Könlüm heç yorulmadan, ötər qarlı çölləri.. Pıçıldayıb keçərəm, əzizsən mənə candan. Elektrik telinə iki qaranquş qonar, Ölərsən həyəcandan.
Çox da ki, gəlməmişik, üz-üzə bir kərə də, Sən ki, havadan sudan mənə ümdəsən, yetər. Könül rahatlığımı heç bir şey poza bilməz, Ürəyimdəsən, yetər.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bilmirem-ne-qederdi/