Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 49–72

  1. bir adi yaz gecəsidir,

    yaxasını qışdan qurtarmış.. gecədə soyuq da var, azca duman da.

    Azərbaycanca32 misra

  2. Qapımı gündə yüz yol,

    Açıb-bağlayır külək. İçəriyə qoymuram, Çöldə ağlayır külək..

    Azərbaycanca4 misra

  3. Rumda yelmi əsib, qozmu tökülüb,

    Oturub başını qat elə burda. Yaxşı pula gedir it də, adam da, Əlinə nə düşür, sat, elə burda.

    Azərbaycanca24 misra

  4. Bir saatlıq görüş ver,

    Beş saat qabaq gəlim. Həyəcandan,təlaşdan Əssin ayağım-əlim.

    Azərbaycanca36 misra

  5. Üzə çıxıb sümükləri ah,arın..

    Ətri yoxdu çiçəklərdə baharın..Oturmuşuq əlimizi sallayıb,Toy qurubdu yasımıza bir harın,

    Azərbaycanca31 misra

  6. Yazıram hüzndən-kədərdən sənə,

    Gündəlik qəzadan-qədərdən sənə.Qırılıb-tökülüb könül simlərim,Üzümdən yan ötür təbəssümlərim.

    Azərbaycanca34 misra

  7. Qaşıdıqca qanayır,

    Bu yaranı az qaşı.. Bilirsənmi kiməm mən, Ayrılıqlar əyyaşı..

    Azərbaycanca29 misra

  8. Arzulardan ulduz-ulduz sönürük,

    Ömrün-günün dadı-duzu dəyişir. Yavaş-yavaş canavara dönürük, İçimizdə ceyran-quzu, dəyişir.

    Azərbaycanca33 misra

  9. O qədər ki,bəla gəldi üstümə,

    Addımımı day,nücumla qoyuram. Hər yaramaz sualına taleyin, Cavabımı,əks-hücumla qoyuram..

    Azərbaycanca24 misra

  10. Qanadım yoxdu ki,bu dərdin üstən,

    Bir dəfə quş kimi səkim, qurtarsın. Sənin həsrətini harda azdırım, Başımdan hayanda əkim, qurtarsın.

    Azərbaycanca20 misra

  11. Nə qədər axtardımsa tarix kitablarını,

    Qansız bir tac tapmadım, qansız bir taxt tapmadım.Sonra axşama kimi şəhəri dörd dolandım,Dişə vurmaqdan ötrü bircə xoşbaxt tapmadım.

    Azərbaycanca28 misra

  12. Hər qəmin,hər yasın içindən keçib,

    Hər toyu-büsatı fikirləşirəm. Oturub eləcə səhərə qədər, Mən uzun-uzadı fikirləşirəm..

    Azərbaycanca36 misra

  13. Gecənin divarından

    asılmış saatdı Ay, Biz iki əqrəb kimi sarılıb 12-də, vaxtı dayandırmışıq.

    Azərbaycanca38 misra

  14. Ümid gözləməsin qoy daha bizdən,

    Qoy bizi çəkməsin sınağa ümid. Bir əyri əl çıxır hər işimizdən, Neynəsin bu qədər günaha,ümid..

    Azərbaycanca28 misra

  15. Üç gün,beş gün,bir həftə,

    Unutmağa vəd kəsək. Bu ağac da qurudu, Qolundan bir nərd kəsək..

    Azərbaycanca20 misra

  16. Ola bilməz bu miqyasda hər kişi,

    Böyük kişi, ulu kişi, ər kişi,Köhnəlməyən təzə kişi-tər kişi,Unudulmur, düşür yadə, günüdür..

    Azərbaycanca35 misra

  17. Ucaldıqca həyat basdı başımdan,

    Dedi dur bu dərdə qol aç, oynadım.Bu həyatdı çıxmaq olmur sözündən,Ağzım nəydi, qulac-qulac oynadım..

    Azərbaycanca36 misra

  18. Heç bir vəchlə titrəməyən, əsməyən,

    Diz olduqca Məmmədəmin olacaq! Biz olduqca Məmmədəmin olacaq! Qaranlıqdan aydınlığa aparan,

    Azərbaycanca9 misra

  19. Vaxta var sənin də zamanın gələr,

    Gələr,oxun gələr,kamanın gələr.. Zərifcə,yumşaqca,alaca yaltaq, Sevimli,bəzəkli balaca yaltaq..

    Azərbaycanca6 misra

  20. Qəlbimizi "sən"ə, "mən"ə ayırdıq,

    Neyləsək də, daha o "biz", alınmır.Başqa sirr var məchulunda, nədisə,Bu tənliyin cavabı düz alınmır.

    Azərbaycanca24 misra

  21. Getmək lazımdır,

    amma bilmirəm haraya, Əslində dəqiq xatırlaya bilmədiyim

    Azərbaycanca20 misra

  22. Öləzimiş gözümdə

    mürgülədi gecələr,Sərxoş addımlarımdan gicəlləndi küçələr,Quru budaqlarımdan dimdiklədi sərçələr,

    Azərbaycanca35 misra

  23. Zaman doğrudan da axır su kimi,

    Yoxdu həyatımda qalacaq yeri. Onu ilk məhəbbət duyğusu kimi, Heç cürə qaytara bilmirəm geri.

    Azərbaycanca20 misra

  24. Biri götürəndə dağ adamıdı,

    Biri də Muğanın-Milin adamı.. Hardan olmağının nə fərqi var ki, Təki,adam kimi bilin adamı.

    Azərbaycanca20 misra