Şeir · Azərbaycan
Öləzimiş gözümdə
Öləzimiş gözümdəmürgülədi gecələr,Sərxoş addımlarımdan gicəlləndi küçələr,Quru budaqlarımdan dimdiklədi sərçələr,Tutqun xatirələrdən qalan barı-bəhəri.
Əlli yerə can atdımbölündüm qalıqlara,Gülümsədim bir ovuc südəmər balıqlara,Əl eylədim uzaqdan mavi dumanlıqlara,Dəyişibdi dünyanın azca tövrü-təhəri..
Çırpdım getdi gecəniulduz-ulduz yaxamdan,Heç belə duymamışdım nəfəsini yaxından..Sinəsi həmailli bir at keçdi yuxumdan,Sol əlimdə cilovu,sağ çiynimdə yəhəri..
Bir eşqin ki uğrunaali niyyətin olur,Ən təmiz qələbən də məğlubiyyətin olur,Mən çoxdan bilirdim ki,yaşamaq çətin olur,Yolların boğazında düyümlənən qəhəri..
Hansı sehirdən çıxıb,hansı ovsuna tuşuq,Ümidə söykək duran yuvası perik quşuq..Sanki ayaqdan-başa qızıla tutulmuşuq..Balaca günəş çıxıb sevindirib şəhəri.
Kəsibdi ağacların,adamların heyini,Tərksilah etmək olmur,altdan-üstdən geyinir,Pəncərədə-qapıda deyim-deyim deyinir,Külək kimə boşaldır dilindəki zəhəri..
Görən necə darıxır..ismin hansı halında..Tanrı tapa bildimi göyüzünün dalında..Əriyib yox oluram bir qızın xəyalında.....soyuq fevral səhəri..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/olezimis-gozumde/