Şeir · Azərbaycan
Olmayan biriymiş tez-tez andığım,
Olmayan biriymiş tez-tez andığım, Bir kino lentiymiş ömür sandığım, Bəsdi alışdığım, bəsdi yandığım, Daha hər ocağa köz, məndə yoxdu.
Məni yaşatmadı yaşatdığım söz, Güllətək hədəfə boşaltdığım söz, Deyirsən az qalıb, lap azca da döz. Lap azca dediyin "döz" məndə yoxdu.
Bir dəfə Allaha ərk eləmişəm, Nə vaxt ki, dünyanı dərk eləmişəm, O vaxtdan özümü tərk eləmişəm, O özüm deyilən "öz" məndə yoxdu.
Düz yola süvardı bütün döngələr, Sən harda istəsən girib kölgələn, Zülmü-zəlaləti görməzdən gələn, Zalıma yumulan göz məndə yoxdu.
Görüm bu dərdləri yetim qalaydı, İndi çox paxırın üstü qalaydı, Məndə də çoxutək "dalay-dalay" dı, Dağları oynadan söz məndə yoxdu.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/olmayan-biriymis-tez-tez-andigim/