Şeir · Azərbaycan
Ola bilməz bu miqyasda hər kişi,
Ola bilməz bu miqyasda hər kişi,Böyük kişi, ulu kişi, ər kişi,Köhnəlməyən təzə kişi-tər kişi,Unudulmur, düşür yadə, günüdür..Məmmədəmin Rəsulzadə günüdür.
Sözüm budu, sözüm budu güruha,Acı nəfəs toxunammaz bu ruha,Qəlbimizdə uca durur o düha,Tariximin əsilzadə günüdür,Məmmədəmin Rəsulzadə günüdür.
Yetə bildik həqiqətin kökünə,Başqa hansı fikir olsun o günə,Bir qocaman şükür olsun o günə,Yurdun, elin tam azadə günüdür,Məmmədəmin Rəsulzadə günüdür.
Xəbisləri tumurcuqda soldurun,Olmazları zəhmət çəkin, oldurun,Sevgi ilə, nəşə ilə doldurun,Ürəklərin bu gün, badə günüdür,Məmmədəmin Rəsulzadə günüdür.
Yüz olsa da, min olsa da qanlısı,Məhz bu gündü günlərin ən canlısı,Qürurlusu, şərəflisi-şanlısı,Əzəmətli, fövqəladə günüdür,Məmmədəmin Rəsulzadə günüdür.
Davam edib, davam edir böylə də,Havalanıb gedə billəm göylə də..Gərək yoxdu təmtərağa öylə də,Həm mürəkkəb, həm də sadə günüdür,Məmmədəmin Rəsulzadə günüdür.
Olsa belə 70 illik aldanış,Pas tutmadı yaratdığı altın iş,İl hamısı 300,plyus, 60,Saat-saat,radə-radə günüdür,Məmmədəmin Rəsulzadə günüdür..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ola-bilmez-bu-miqyasda-her-kisi/