Şeir · Azərbaycan
Ola şirin bir xəyal,
Ola şirin bir xəyal, Qurub, gedəm, görüşə. Qürub çağı yaxşıdır, Qürub, gedəm, görüşə..
Çoxdu qəlbin çox, ofu.. Allah kəssin bu xofu, İçimdəki buxovu, Qırıb, gedəm görüşə..
Duyğulara rəng gələ, Ortalığa cəng gələ, Qəfildən bir zəng gələ, Durub, gedəm görüşə..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ola-sirin-bir-xeyal/