Şeir · Azərbaycan
Biri götürəndə dağ adamıdı,
Biri götürəndə dağ adamıdı, Biri də Muğanın-Milin adamı.. Hardan olmağının nə fərqi var ki, Təki,adam kimi bilin adamı.
Aşır o karvanı qoyma bələndə, Yaxşı bir qonaqlıq qara lələndə.. Səsi zirvələrdən gələr-gələndə, Bəmdə zığıldamaz zilin adamı..
Hər uçuq divara pəncərə salma.. Ovunu şir kimi pəncələ,salma, Başını boş yerə cəncələ,salma, Adamın dili var,dilin adamı..
Pul olsa xəyallar gerçəyə dönər, Çirkinlər hamısı göyçəyə dönər, Bizdə bircə günə milçəyə dönər, Olmasa dalında filin adamı.
Basıb-bağlamadım şandan-şərəfdən, Götür kitabımı,vərəqlə,rəfdən, Allah imkan versə,yaxşı tərəfdən, Bu il mən olacam ilin adamı..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/biri-goturende-dag-adamidi/