Şeir · Azərbaycan
Getmək lazımdır,
Getmək lazımdır, amma bilmirəm haraya, Əslində dəqiq xatırlaya bilmədiyim bir ünvan var, nə vaxtsa olduğum.. Bir az dəniz ətirli, bir az dağ havalı. Getmək lazımdır, hər il daha çox Peşimançılıq hissi yaşamamaq üçün. Getmək istədiyim yer indi abunə olduğum ünvanların heç biri deyil. Bəlkə də çox gecdir amma yenə də olsun. Getmək lazımdır hamıdan xəbərsiz, Qatarların qulağına pıçıldayıb.. Bezdim arzularımı əlimdə tutmaqdan, dişimdə daşımaqdan.. Bezdim xala-xətir yaşamaqdan. Getmək lazımdır..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/getmek-lazimdir/