Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

bir adi yaz gecəsidir,

Ayaz Arabaçı

bir adi yaz gecəsidir, yaxasını qışdan qurtarmış.. gecədə soyuq da var, azca duman da. Xəyalplovlarla buğlanır, yoxsul evlərin qazanı. havanı qılınctək doğrayır orta əsrlərin məzhun kədəriylə axşam azanı. səmada cənuba sürünən bulud ayın gözündəki sürmə kimidir. darıxıram, həyat türmə kimidir. sinəmdə daşlara dəyib yorulub ərköyün dalğalar. daralır halqalar.. bir qarğa oturub, uzaqdan görünən kilsənin başındakı xaçda. tüstüləyir maşınlar siqaretini tıxacda.. bir adi yaz gecəsidir. əlim qələmə yatmır, dilim sözə. cəbhədən qayıdan şikəst bir əskərlə durmuşam göz-gözə. bir off deyə bilsəydim və oynasaydı yer-yerindən.. Qarşıdan piyli bir general keçir.. tutmuşam bərk-bərk balaca oğlumun əllərindən...

Saytda dərc olunub