Kəşf etmək üçün 1423 şeir
Şeirlər
Yaddaşınızda qalacaq bir misra tapın.
İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.
1423 şeir: 385–408
Bağrına basmadı doyunca bizi,
Solğun arzuların nimdaş anası. Lap elə dəyəri qızıldan olsun, Kimdi bu itkiyə daha yanası..
Gündüzlər canımın istirahəti,
Gecələr gözümün uyğusu yoxdur. Qəlbimi həmin gün söküb ataram, Bilsəm ki, içində duyğusu yoxdur.
Mənə bu sevgidə nə olsa haqdı,
Alnıma yazılıb alışmaq elə. Səni dönə-dönə xatırlamaqdı, Hər gün unutmağa çalışmaq elə..
Səni hər gün uşaq kimi aldadır,
Ovuc-ovuc dərman-dəva, dözürsən. Buludların qara köçü yoldadır, Alıb səni bir boz hava, dözürsən.
Palaz-palaz
şüarların yanından keçirəm. Qabağıma qatmışam küləyi. Düşünürəm isidərmi küçədəki ac uşaqları,
Eh Aqata Kristi..
Şu anda metrodayam,bir isti var,bir isti.. 28 bağlanıb, Millət hamsı hirisdi..
Həkimə getmişdim iki ay qabaq,
Ürəyim son vaxtlar sözümə baxmır.Gəlir öz evitək istədiyi vaxt,Ağrılar sinəmi tutur,buraxmır.
Dözüb yaşamışam indiyə qədər,
Gəl indən belə də nəfs,məni qurtar. Bəlkə ən uğurlu rəqəmim sənsən, Qoy sənə sarılım nəhs,məni qurtar.
Sağ ol bu ləyaqətə, bu şərəfə, çox sağ ol.
Sağa, sola, qabağa, hər tərəfə çox sağ ol. Başqa nə deyim sənə, milyon dəfə çox sağ ol.. Bu sözü təkrarlaram yorulmadan, dəmadəm,
ən qəddar, ən izsiz
qatildir vaxt işini həmişə təmiz görür əlində qan izi qalmır
Adam bir gün
heç bir şeydən təsəlli tapmır, Ümidləri yoxa çıxır səba yelində. Köhlənini qabaqkıtək, şövq ilə çapmır,
"Mersedes"ə çatanacan dığırla,
"Jiquli"dən əyləşibsən"opel"ə.. Ağabala, səndə yaxşı alınır, Muğamatı cazdan çıxart, pop elə.
Bu soyuq yanvarın ən isti oğlu..
Xoş günlər dilərəm mən sənə çoxlu..Daima o coşqu, o ürək olsun..Öpürəm, ad günün mübarək olsun!!!
kədərimi siqaretlə bölürəm..
baxan yoxdu gözlərimin yaşına, bir şeir var yazmaq üçün ölürəm, daş düşübdü internetin başına.
Üzüb gedən gəmilərin dalınca,
Sürünürdü ağ dumanı dənizin. Dəniz kimi qabarmışdı ürəyin, Duman kimi ağarmışdı bənizin.
Hələ də cəbhələrdən,
Qara kağızlar gəlir.. Mən bilirəm söyüşə, Hansı ağızlar gəlir.
Baxıb utanıram arvad-uşağa,
Mən səni nə təhər anım,bu yaşda.. Paslanıb ürəyə gedən damarlar, Heç cürə qaynamır qanım,bu yaşda..
Ey Arazda şaxələnən çinarım.
Ey axdıqca tükənməyən pınarım. Hər qayamı, hər daşımı oyadan, Tariximi, yaddaşımı oyadan,
Alqışlar ucaldı-
yaşa,min yaşa! Qaldırıb bəh-bəhnən qoydular başa, Bütün ümidləri çxartdın boşa,
Kök atbdı kürsülərdə alaqlar,
Bərk yapışıb yal qabından yalaqlar,Nə bilsin ki, bağırsaqlar, dalaqlar,Məmmədəmin Rəsulzadə ürəkdir.
Sonam,
İndi bu eşqin, adını nədən qoyaq, Biz hansı bir uğurlu adda qarşılaşmışıq..
Ən yaxınım-doğmam belə,
Canımdakı közü görmür.. Bura Odlar Diyarıdı, Tüstüdən göz-gözü görmür.
Kefim pozulub səhərdən..
Yuxuda gördüm ki,dəniz çıxıb gedib şəhərdən. Yerinə Şuşanın dağları gəlib.
Adam gündə neçə dəfə,
Girib çıxar duşa,Leylam. Canım çıxdı istilərdə, Məktub yazdım qışa,Leylam.
Başqa bir başlanğıc
Şeir tapılmadı.
Daha qısa ifadə yazın və ya filtri silin.
Axtarış müvəqqəti əlçatan deyil. Aşağıdakı şeirlərə baxa bilərsiniz.
Bu brauzerdə saxlanılır. Hesaba ehtiyac yoxdur.