Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Adam gündə neçə dəfə,

Ayaz Arabaçı

Adam gündə neçə dəfə, Girib çıxar duşa,Leylam. Canım çıxdı istilərdə, Məktub yazdım qışa,Leylam.

Al,canımda can qalmasın, Yax könlümü,manqal basıb, Gül yerini qanqal basıb, Ver sinəmi xışa,Leylam.

Öləmmədim yoxmuş arım, Nə sızlayım,nə yalvarım.. Çətin bir də xəyallarım, Dönə qızılquşa,Leylam.

Saytda dərc olunub