Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

"Mersedes"ə çatanacan dığırla,

Ayaz Arabaçı

"Mersedes"ə çatanacan dığırla, "Jiquli"dən əyləşibsən"opel"ə.. Ağabala, səndə yaxşı alınır, Muğamatı cazdan çıxart, pop elə.

Paran evdi, paran dalan, paran tin, Əl yumaqdan xarab olub krantın, Uzandıqca hey uzanır karantin, İmkan varsa bu şəhərdən qop elə..

Boş xəyaldı,boş umuddu hələ ki.. Baş olan yox,hamı buddu hələ ki.. Fürsət düşüb udhauddu hələ ki, Bala,sən də nə tapırsan hop elə..

Ağzımıza nə gəlirsə deyirik, Qonaqlığa şir dərisi geyirik, Bir öynəyə iki camış yeyirik, Alnımıza yazılıbdı gop,elə..

Qorxa-qorxa zərdən misə keçmişik, Hisdən oda,oddan hisə keçmişik, Rusdan sonra ingilisə keçmişik, Sən də get öz dükanını "şop" elə..

Hər günümüz ömrümüzdə çillədir. Çillə nədir,yumruq,təpik,şillədir.. Molla Qulam hər cümədə gillədir, Araq içmir heç ən "alkaş" pop, elə.

Bığ buraxıb,papaq qoyub kilkələr.. Dağıdıbdı yeri-göyü hikkələr, Tanrım,bir gün bu dünyanı silkələ, Ağlımızı başımıza top elə.

Saytda dərc olunub