Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Meşəli,bulaqlı,çiçəkli-güllü,

Ayaz Arabaçı

Meşəli,bulaqlı,çiçəkli-güllü, Bir qız axtarırdım sevgi şerinə.. Bir səhər oyanıb göylərə baxdım, Gördüm ki,doğmusan günəş yerinə.

Danışmaq o qədər çətin idi ki.. Bu qəfil sevincdən əsirdi çənəm. Gücümü birtəhər bir yerə yığıb, Dedim bu sənsənmi,dedin ki,mənəm.

Dedin bəs sən kimsən,dedim yavaşca, Günəşin yanında adicə şamam.. Sən payız ömrümü,xəzan ömrümü, Bahardan-bahara dəyişdin tamam.

Əritdi gözündən axan şəfəqlər, Soyuq tənhalığı,buzlu təkliyi.. Uçdu bir şerimin qanadlarında, Çiçək əllərinin qar kövrəkliyi..

Kəsildi yollara ayaq döyməyim, Düzəldi gəzdiyim əsas iş,demək. Havada şar kimi oynadı ruhum, Cazibə qüvvəsi bu imiş demək..

Saytda dərc olunub