Şeir · Azərbaycan
Alqışlar ucaldı-
Bir köhnə "dost"uma...
Alqışlar ucaldı- yaşa,min yaşa! Qaldırıb bəh-bəhnən qoydular başa, Bütün ümidləri çxartdın boşa, Özün yararlandın öz niyyətindən, Hayıf bu millətin əziyyətindən..
Yerişin duruşun tamam dəyişdi, Başının üstündə tavan dəyişdi, Qəfil içindəki havan dəyişdi, Zəhirmar töküldü sir-sifətindən, Hayıf bu millətin əziyyətindən..
Getdin quldan alçaq,qula satıldın, Arvadı boşadın,dula satıldın, Sən də çoxlarıtək pula satıldın, Varmı heç xəbərin bəs,qiymətindən? Hayıf bu millətin əziyyətindən..
Qorxudub hamını çildağ elədin, İşdə katibəni şıltaq elədin, Çoxunu özüntək yaltaq elədin, Söylə razısanmı rəiyyətindən, Hayıf bu millətin əziyyətindən..
Ayə,a, şərəfsiz,a,haramzada, Boş yerə qonmur ki,gəlib toz,ada, Çıxıb həftədə bir efirə-zada, Söz açma min gözəl məziyyətindən, Hayıf bu millətin əziyyətindən..
Görünmə,danışma,eybinə lal qal, Hayana aparır səni bu dalğa, Səni adam edən millətə-xalqa, Daha bərk hürürsən qapı itindən, Hayıf bu millətin əziyyətindən.
Yüz yerdə ticarət postların da var, Xüsusi qaydada tostların da var, Özüntək bişərəf dostların da var, Məmnunsan halından,vəziyyətindən.. Hayıf bu millətin əziyyətindən.
Solmur hər xəzandan könül bağımız, Yanır halal-hümmət od-ocağımız, Yoxdu zərrə qədər umacağımız, Haram sərvətindən,zər-ziynətindən, Hayıf bu millətin əziyyəindən...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/alqislar-ucaldi/