Şeir · Azərbaycan
Ən yaxınım-doğmam belə,
Ən yaxınım-doğmam belə, Canımdakı közü görmür.. Bura Odlar Diyarıdı, Tüstüdən göz-gözü görmür.
Gör kim-kimi ulu görür.. Üstümüzü unlu görür.. Hamı haram pulu görür, Heç kim halal sözü görmür.
Gecə neyəm-gündüz neyəm.. Dərd əlindən"leyəm-peyəm".. Gərək elə mənmi deyəm, Bəyəm,Allah özü görmür..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/en-yaxinim-dogmam-bele/