Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 577–600

  1. Yenə bağrı qana döndü danımın..

    Artırırsan şəkərini qanımın,Sabah-sabah ürəyimin-canımın,Niyə belə tutulubdu

    Azərbaycanca25 misra

  2. səhər lap tezdən idi,

    sökülürdü ağca dan.. min cür ətir gəlirdi həyətdəki bağçadan. bir halda ki,yuxudan

    Azərbaycanca37 misra

  3. Xanım,baxışlarınız,

    Meynən əlaqəlidir. Vallah,yalan demirəm, Eynən,əlaqəlidir..

    Azərbaycanca12 misra

  4. Neçə ağrı, neçə acı deyir ki,

    Ruhumuzun ehtiyacı deyir ki, Qardaş, Ayaz Arabaçı deyir ki, Məmmədəmin Rəsulzadə ürəkdir..

    Azərbaycanca4 misra

  5. Dəyişdi hakimlər,dəyişdi zərlər,

    Oldu əl quzusu ər oğlu ərlər, Çəkildi çarmıxa milli dəyərlər, Həya da qurtardı,abır da keçdi..

    Azərbaycanca24 misra

  6. Zəmisi göyərib sünbülü bitmir,

    Ələyi ələnib bu şumun daha. Heç nəyə can atmır,heç kimə getmir, Ayağı qırılıb xoşumun daha..

    Azərbaycanca24 misra

  7. Bir gözəl, bir həzin ömür yaşardım...

    Sonsuz arzularla dolub-daşardım.. Bilsəm azdan-çoxdan hazırlaşardım, Həyat imtahana fövrü başladı...

    Azərbaycanca20 misra

  8. Qulaq kəsilirəm yağanda yağış,

    Qulaq kəsilirəm qopanda tufan.. Əlimdə yarımçıq işləri atıb, Qulaq kəsilirəm hər saat,hər an.

    Azərbaycanca26 misra

  9. Bağırıram, Allaha da yetişmir,

    Ağrım-acım, etirazım, şəhidim. Ürəyimdə diktatura qurub qış, Otuz ildi, yoxdu yazım, şəhidim.

    Azərbaycanca12 misra

  10. Tələsmə gələndə ağır-ağır gəl,

    Nalədə, fəryadda gözləyəcəyəm. Bu eşqi hələ ki, cəbrə çevirib, Qalmısan "bir yadda",

    Azərbaycanca26 misra

  11. Dik tuturuq qamətini dərdlərin,

    Yerindədi zorumuz da,hələ ki.. Qanad alır yelkənimiz küləkdən, Yıxılmayıb dorumuz da,hələ ki.

    Azərbaycanca28 misra

  12. tük axtarma başqa gözdə,

    öz gözündən tir çıxacaq. keçmişini qurdalasam, üzə neçə sir çıxacaq..

    Azərbaycanca20 misra

  13. yerini

    tuta bilməz,başqası heç bir zaman, bir az ney-ney gözəlsən, bir az da kaman-kaman.

    Azərbaycanca28 misra

  14. Mən əldən-ayaqdan düşən bir qışam,

    Sən gülü burnunda,mürgülü yazsan, Əriyib- əriyib sənə hopmuşam. Məni istəsən də unudammazsan.

    Azərbaycanca28 misra

  15. Yadımdan heç çıxmaz ağıllı, müdrik,

    Bir az da yaşıla çalan gözləri. Acı papirosu çox çəkdiyindən, Heç vaxt işlətməzdi acı sözləri.

    Azərbaycanca36 misra

  16. Bir gün dəniz,

    bir gün səma olan qız.. Dalğalara baş vurmağa gücüm yox, Buludlara baş vurmağa gücüm yox..

    Azərbaycanca32 misra

  17. Günəş tamam doğmamış

    Səhər qaranlıqlaşır.. Səhərin ağuşunda, Şəhər qaranlıqlaşır..

    Azərbaycanca40 misra

  18. Kəndimizə şəhid gəlir dedilər...

    Gün çıxmışdı havasına baharın,Yığışmışdıq xoş ətrinə naharın.Nərd atırdıq,sevincini dadmamış,

    Azərbaycanca42 misra

  19. İndi sənə nə yazım bu uzun ayrılıqdan,

    Nə yazım, heç bilmirəm, heç nə təsəlli deyil.Daha sözlər özü də yorulubdu qılıqdan,Sənə xoş gələcəkmi heç o da bəlli deyil.

    Azərbaycanca28 misra

  20. Gəlsə əgər dilimə bircə ucuz kəlimə,

    Çıxaram axırıma, çıxaram əvvəlimə,Mən qələmi onunçün almışam ki, əlimə,Nökərə nökər yazım, hampaya hampa yazım..

    Azərbaycanca20 misra

  21. Gözləyirik sabah gecdi,

    Bu gün tezdi molla əmi. Bu dünyanı ha fırlasan, Sonu bezdi, molla əmi.

    Azərbaycanca32 misra

  22. Sağa da yol gedir,sola da yol var,

    Qalmışam ortada çaş adam kimi. Gözümü açmamış qırxı tulladı, Üstümə gəlmir ki,yaş,adam kimi.

    Azərbaycanca24 misra

  23. Yenə çıxıb zürafətək,

    Boyunu hara soxursan. Həyat səhnə deyil axı, Oyunu hara soxursan.?

    Azərbaycanca24 misra

  24. "Bu havada gedilməz"..

    Onsuz da bu soyuqlar kəsib nəfəsimizi. Kövrək pıçıltılara qısmışıq səsimizi.

    Azərbaycanca29 misra