Şeir · Azərbaycan
Gəlsə əgər dilimə bircə ucuz kəlimə,
Gəlsə əgər dilimə bircə ucuz kəlimə,Çıxaram axırıma, çıxaram əvvəlimə,Mən qələmi onunçün almışam ki, əlimə,Nökərə nökər yazım, hampaya hampa yazım..
Son qoyuram bu gündən o sonsuz gümanlara,Çox da nahaq çevirdim sevgimi ümmanlara,Bezdim boş-boş yazmaqdan mənasız ünvanlara,Bəlkə mən bu məktubu Tanq Poya-Tampa yazım.
Niyə önə çəkirsən Allah deyəndə pisi,Qovmağa güc qalmayıb axı, bu qara sisi,Mingəçevir SES-dimi qəlbimin enerjisi,Mən bu qaranlıqlara nə qədər lampa yazım ?..
Dünən falçı dedi ki, yoluna məhbəs çıxır,Vətəninin taleyi hər baxanda nəhs çıxır,Görüm iki əclafın hansından bir səs çıxır,Bir gün Putinə yazım, bir gün Trampa yazım..
Nə çörək peşindəyəm, nə də ət axtarıram,Basıb tamam ruhumu ətalət, axtarıram,İlahi, cəngəllikdə ədalət axtarıram,Sən hansı çadırdasan, mən hansı kampa yazım.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gelse-eger-dilime-birce-ucuz-kelime/