Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gənclik ötüb keçdi kirayələrdə,

Ayaz Arabaçı

Gənclik ötüb keçdi kirayələrdə,Günbəgün aldatdıq öz-özümüzü.Tutdu hər tərəfə bir qara pərdə,Gülmədi heç bizə həyatın üzü.

Dörddü də uzağı iki vur iki,Hesab düz gəlirdi cədvəlimizdə.Dedik tələbəlik nə cür olur ki..Gün gələr çıxarıq bir yana, biz də.

Düşdü gözümüzdən qaçaq yuxu da,Hər ağrı-acıya bələdçi olduq.Fikir çəkə-çəkə, dərd uda-uda,Gecələr zavodda gözətçi olduq..

Fərqinə varmadan yaşa dolurduq,Qayğılar eləcə yağırdı qartək.Bəzən heç nədən də xoşbəxt olurduq,Dənizlə öpüşən qağayılartək.

Ucuz siqarları oda bələrdik,Biriydi bizimçün ağ da, qara da.Sıxıla-sıxıla gedib-gələrdik,Şəhərli ədabaz qohumlara da.

Bilmirdik gözləyir neçə dağ-düyün,Səadət eşqiylə ötürdü dillər.Gəlmirdi həsrətlə arzulanan gün,Ağzına su alıb susurdu illər.

Nə şərab içməyə pulumuz oldu,Nə də arzulanan cənnətə düşdük.Şeytan ustadımız-ulumuz oldu,Biz onun yerinə lənətə düşdük..

İtdik gözəllərin ayaq izində,Küçələr qəzəblə dişini sıxdı.Ocağı tez söndü sevgimizin də,İçindən həsrətin tüstüsü çıxdı.

Beş-üç alababat kitab oxuyub,Şəhərə gəlmişdik havalı başla.O da qəlbimizdən keçəni duyub,Yedi ömrümüzü quru maaşla..

Ötdük neyində də, kamanında da,Arzu kabab deyil dişə yaramır..Həyatdan zövq almaq zamanında da,Baxdıq ki, zövqümüz işə yaramır..

Gənclik ötüb keçdi kirayələrdə,Günbəgün aldatdıq öz-özümüzü.Tutdu hər tərəfə bir qara pərdə,Gülmədi heç bizə həyatın üzü.

Saytda dərc olunub